Tədris sahələri

IT Fundamentals & Network

Backend Programming
Backend Programming

  1. C# Backend Proqramlaşdırma

    Back-end proqramlaşdırma bu gün ən tələb olunan və perspektivli İT istiqamətlərindən biri hesab olunur. C# (“Si şarp”) Microsoft tərəfindən hazırlanmış müasir proqramlaşdırma dilidir və əsasən .NET framework üzərində tətbiq edilir. Bu dil xüsusilə veb-tətbiqlərin, server tərəfli sistemlərin və mürəkkəb proqram həllərinin yaradılmasında geniş istifadə olunur.

    C# obyektyönlü proqramlaşdırma dilidir və sintaktik baxımdan C++ və Java dillərinə yaxındır. Dilin aydın quruluşa malik olması və geniş kitabxanaları proqramçıların işini asanlaşdırır. C#-ın geniş istifadə edilməsi onun daim yenilənməsinə və inkişafına imkan yaradır.

    C# vasitəsilə mobil tətbiqlər (iOS, Android), oyunlar, veb-saytlar və desktop proqramları hazırlamaq mümkündür. Funksional və stabil tətbiqlərin yaradılması üçün back-end və front-end komandalarının əlaqəli şəkildə çalışması vacibdir.

    Müasir rəqəmsal məhsullar getdikcə daha mürəkkəb hala gəldiyi üçün C# backend mütəxəssislərinə olan tələbat yüksək olaraq qalır.

 
 
 

Üstünlükləri

Backend Programming

  1. Backend Programming

 
 
 
Backend Programming

Təlimçilərimiz

Cavid Hüseynov

Cavid Hüseynov

İT biznes analitika